Sumqayıtda müsadirə

Sumqayıtda müsadirə
16:46 31 Dekabr 2014
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi Sumqayıtda külli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar müsadirə edib.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Belə ki, Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən bir sıra ticarət obyektlərindən külli miqdarda, ümumi sayı 400 000 ədəd müxtəlif markalı yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR