A+
A–

Bakı, 23 fevral, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Çinli qızların rəqsi” (Chinese dance) adlı fotoşəkli Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) gümüş medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Makedoniyanın Kumanovo şəhərində PSA-nın himayəsi altında keçirilmiş “Photo Story 2016” Beynəlxalq Bədii Fotoqrafiya müsabiqəsinə dünyanın 47 ölkəsindən 165 fotoqrafın 2870 işi təqdim edilib. Müsabiqə altı kateqoriya üzrə keçirilib.
2008-ci ilin sentyabr ayında Pekində Paralimpiya oyunlarının bağlanış mərasimində çəkilmiş “Çinli qızların rəqsi” fotoşəkili “Ənənələr” kateqoriyasında mükafata layiq görülüb.
Qeyd etmək lazımdır ki, bu qələbə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FİAP) və PSA tərəfindən keçirilən müsabiqələrdə 2015-ci il fevral ayından bəri AZƏRTAC –ın fotomüxbirinin səkkizinci uğurudur.
AZERTAG.AZ :AZƏRTAC-ın fotosu 47 ölkənin iştirak etdiyi beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb