"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Estoniyanın Baş Prokurorluğu bildirib.
"Onların üçü də Rusiyanın xüsusi xidmət orqanları ilə qanunsuz əməkdaşlıq ediblər ", - prokurorluq vurğulayıb.
Fevralın 23-də məhkəmənin qərarı ilə 32 yaşlı məhkum Maksim Qruzdev 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında 21 yaşlı Aleksandr Rudnev 2 il, elə həmin tarixdə 42 yaşlı Pavel Romanov isə 4 il 10 ay azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, onların üçü də Estoniya vətəndaşlarıdır.