A–
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) memarlıq fakültəsinin tələbələri üçün “Embawood” şirkəti tərəfindən “Ən yaxşı interyer və mebel dizaynı” müsabiqəsinin elan olunması ilə əlaqədar tədbir keçirilib
AMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin dekanı Zahidə Məmmədova “Embawood” şirkəti ilə universitet arasındakı tərəfdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, tezliklə universitetdə “Embawood” şirkəti tərəfindən yaradılacaq taxta emalatxanası şirkətin mütəxəssis hazırlığına böyük diqqət və qayğısının göstəricisidir.
Sonra müsabiqənin şərtləri barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, müsabiqə memarlıq fakültəsinin memarlıq və dizayn ixtisası üzrə təhsil alan II-IV kurs tələbələri üçün nəzərdə tutulub. Yaşayış evinin istənilən otağının interyer və mebel dizaynını yaratmaq müsabiqə tapşırığının əsas şərtidir. Müsabiqənin nəticələri interyer və mebel üzrə qiymətləndiriləcək. Qalib iştirakçının dizayn etdiyi mebel istehsal olunacaq və ilk prototipi müəllifin özünə hədiyyə ediləcək.
AZERTAG.AZ :“Embawood” şirkəti AMİU-nun memarlıq fakültəsinin tələbələri üçün müsabiqə elan edib