Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun Türkiyədə aktrisalığa başlayıb.

Axşam.az-a açıqlama verən A.İsmayılova bir şirkətlə müqavilə imzaladığını deyib:

“Aktrisalıq təhsilimi başa vurdum. Film təklifi aldım və qəbul etmişəm. Türkiyədə məşhur aktyorlarla çalışan menecer Aslı İslamoğlu ilə müqavilə imzalamışam. Artıq onunla çalışacam. Filmimizin çəkilişləri apreldə başlayacaq. O haqda geniş danışmağa icazə verilmir. Bircə onu deyə bilərəm ki, açıq-saçıq səhnələr olmayacaq”.

Qeyd edək ki, A.İsmayılova saytımıza açıqlamasında türkiyəli aktrisa Ayla Alqandan dərs aldığını bildirmişdi.

Rəqsanənin qızı Türkiyədə şərt kəsdi: “Açıq səhnələr olmayacaq”

Rəqsanənin qızı Türkiyədə şərt kəsdi: “Açıq səhnələr olmayacaq”