A–
Bakı, 24 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin ilk turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, gecə iki qarşılaşma keçiriləcək. Hollandiyanın PSV klubu doğma meydanda İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gələcək. Hollandiya təmsilçisi qrup mərhələsini on xalla ikinci pillədə başa vurub. Madridlilər isə 13 xalla qrup lideri olub. Görüşü italiyalı baş hakim Danielo Orsatoya idarə edəcək.
Günün digər qarşılaşması Ukraynanın paytaxtı Kiyevdə olacaq. “Dinamo” İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. Kiyev təmsilçisi qrupunu on bir xalla ikinci, “Mançester Siti” isə on iki xalla ilk pillədə yekunlaşdırıb. Bu görüş ispaniyalı referi Antonio Mateo Laosa həvalə olunub.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
AZERTAG.AZ :UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ilk turuna yekun vurulacaq