A+
A

Daşkənd, 24 fevral, AZƏRTAC
2015-ci il mayın 19-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyətinin Özbəkistana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.
Bu haqda Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Sazişdə fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha səmərəli cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri, informasiya mübadiləsi, bu sahədə birgə kadrların hazırlanması və digər məsələlər yer alıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
AZERTAG.AZ :Özbəkistan və Azərbaycan hökumətləri arasında fövqəladə halların aradan qaldırılması ilə bağlı Saziş qüvvəyə minib