A+
A–

Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunan könüllü qanvermə aksiyası keçirilib. Aksiyada universitetdə təhsil alan türkiyəli tələbələr və ADPU-nun əməkdaşları iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyasına Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi–Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun (ETHTİ) Mərkəzi Qan Bankının tibbi briqada heyəti nəzarət edib.
Aksiya iştirakçılarına yüksək səviyyədə tibbi xidmət göstərilib və donor qanları ETHTİ-nin Mərkəzi Qan Bankına təhvil verilib. Aksiya zamanı toplanan qan laboratoriyada yoxlanıldıqdan sonra irsi qan xəstəliklərindən əziyyət çəkən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunacaq.
AZERTAG.AZ :Xocalı faciəsinə həsr olunan könüllü qanvermə aksiyası keçirilib