A–
Bakı, 25 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrında “İncəbel və Div” uşaq tamaşasının premyerası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Rəvan Tohidoğlunun müəllifi olduğu “İncəbel və Div” nağılı əsasında səhnələşdirilən tamaşaya Xalq Artisti Ağaxan Salmanlı quruluş verib.
Tamaşanın quruluşçu rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı isə Elnur Rəsulovadır. Səhnə əsərində əsas rolları aktyorlar Fəridə Məmmədova, Elmira İbrahimova, Amil Fərzəliyev, Aytən Allahverdiyeva, Asim Əmirov, Eyvaz Əliyev, Paşa Salmanov və Asim Məmmədov ifa ediblər.
Xalqa, vətənə məhəbbət, adət və ənənələrə bağlılıq, böyüyün kiçiyə diqqəti və hörməti tamaşanın bədii leytmotivinin başlıca ana xəttini təşkil edir.
AZERTAG.AZ :“İncəbel və Div” Mingəçevir Teatrında
