Bakı. Trend:

Almaniyanın Yaşıllar partiyasının Federal məclisin müzakirəsinə irəli sürmüş, 1915-ci il hadisələri ilə bağlı qanun layihəsi dəstəklənməyib və geri götürülüb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata əsasən, qanun layihəsində 1915-ci il hadisələrini "soyqırım" kimi səciyyələnir.

Qanun layihəsinin apreldə yenidən müzakirəyə çıxarılacağı gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az