Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi iclası keçirilib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçən həftə keçirilən “Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında hakim Dəniz Atəş Bitnelə qırmızı kart göstərən Salih Dursuna 3 oyunluq cəza və 13 min TL pul cəzası verilib.

Komitə həmçinin “Trabzonspor” digər qırmızı vərəqə alan futbolçuları Aykut Dəmirə 3 oyun, Cavanda isə 2 oyunluq cəza verib.

Qeyd edək ki, keçən həftə Türkiyə Super Liqasının 22 tur çərçivəsində İstanbulda keçirilən “Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında hakim Dəniz Atəş Bitnel qonaqlara 4 qırmızı vərəqə verilib. Qarşılaşma “2-1” ev sahiblərinin xeyrinə başa çatıb.

Hakimə qırmızı vərəqə göstərən futbolçunun cəzası bilindi