A+
A–

Bakı, 28 fevral, AZƏRTAC
Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli rus şairi Aleksandr Puşkinin “Qaratoxmaq qadın” povesti əsasında səhnələşdirilən eyniadlı opera nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində German partiyasını ifa etmək üçün Ukraynanın Xalq Artisti, Ukrayna Milli Operasının solisti Andrey Romanenko dəvət olunub. Tamaşada, həmçinin teatrın solistləri, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Anton Ferştandt, Səbinə Əsədova və gənc solistlər Tural Ağasıyev, İlham Nəzərov, Tələt Hüseynov çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlov, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Xatırladaq ki, “Qaratoxmaq qadın” operası ilk dəfə 1890-cı il dekabrın 7-də Peterburqda Mariinski Teatrında tamaşaya qoyulub.
AZERTAG.AZ :“Qaratoxmaq qadın” operası Bakı teatrının səhnəsində