A–
Masallı, 29 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhər 2 nömrəli tam orta məktəbdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən rayon birinciliyində 11 çəki dərəcəsi üzrə 82 yeniyetmə və gənc qalib adı uğrunda mübarizə aparıb.
İki gün davam edən yarışın qaliblərinə diplomlar və hədiyyələr verilib.
AZERTAG.AZ :Masallıda cüdo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
