A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
"Bank of Baku"nun əməkdaşları "Fiziki Məhdudiyyətlərə Meydan Oxuyaq" layihəsinin iştirakçıları ilə növbəti görüş keçiriblər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirakçılar arasında iş həyatına yenicə başlayan, öz işini quran və ictimai sektorda fəallıq göstərən şəxslər təcrübələrini bölüşüb, fiziki məhdudiyyətin uğurlu karyera üçün əngəl olmadığını deyiblər. "İlk Əngəlsiz Karyera Sərgisi"nin siması olan Coşqun Məmmədov Əlil Sahibkarlar İctimai Birliyinin Nərimanov şöbəsinin sədri kimi fəaliyyət göstərmək üçün təklif alıb. Elçin Qasımov hazırda Təhsil Nazirliyinin informasiya şöbəsinin operatorudur, Lalə İsrafilova "Formula 1 - Baku Grand Prix" yarışlarının Məlumat Mərkəzində operator, Murad Məmmədov, Xavər Nağıyeva "Bank of Baku"nun 145 Məlumat Mərkəzinin kiçik eksperti olaraq fəaliyyət göstərirlər. Könül Turəngi də "Formula – 1 Baku Grand Prix” yarışlarının Məlumat Mərkəzinin operatoru vəzifəsinə iş təklifi alıb.
İştirakçılardan 3-ü ölkənin aparıcı marketoloqları tərəfindən keçirilən təlimlərdə ödənişsiz iştirak imkanı qazanıblar. Layihədə "Sosial Şəbəkələrin idarəedilməsi" üzrə təlimçi olaraq iştirak etmiş Rafiq Hunaltayın dəstəyi ilə iki iştirakçıya "Marketing Air 8" təliminə, bir iştirakçıya isə təlimçi Fərhad Ələkbərovun "SMM üzrə praktik təlim"inə hədiyyə kuponu təqdim edilib.
AZERTAG.AZ :"Fiziki Məhdudiyyətlərə Meydan Oxuyaq" layihəsinin iştirakçıları ilə görüş
"Fiziki Məhdudiyyətlərə Meydan Oxuyaq" layihəsinin iştirakçıları ilə görüş