Sabirabadda əlil uşaq su kanalına yıxılaraq boğulub
Paylaş
·39 baxış·1 dəq oxu
Bakı. 1 mart. REPORT.AZ/ Sabirabad rayonunda 11 yaşlı I qrup əlil su kanalına yıxılaraq boğulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, rayonun Nizamikənd kənd sakini, I qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.