A+
A

Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstanın Şoto Rustaveli adına Tbilisi beynəlxalq aeroportu gündüz uçuşlarını dayandırıb.
“TAV Georgia” şirkətinin məlumatına görə, buna səbəb hava limanındakı uçuş-eniş zolaqlarında aparılan təmir-bərpa işləridir. Aeroportdan uçuşlar saat 9.30-dan 15.00-dək tam dayandırılıb. Saat 15.00-dan isə uçuşlara icazə verilir.
Təmir-bərpa işləri bir neçə mərhələdə həyata keçiriləcək. Ona görə də gündüz uçuşları aprel, may və iyun aylarında da mümkün olmayacaq. Martın 27-dən başlayaraq uçuşlara saat 10.00-dan 20.00-dək qadağa qoyulacaq. Bu məhdudiyyət iyul ayınadək davam edəcəkdir.
“TAV Georgia” şirkəti bununla əlaqədar bütün ölkələrin müvafiq qurumlarına məlumat verib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
AZERTAG.AZ :Şoto Rustaveli adına Tbilisi beynəlxalq aeroportu gündüz uçuşlarını dayandırıb