A–
Sumqayıt, 1 mart, AZƏRTAC
Sumqayıtda 1 saylı Uşaq Gənclər İdman Məktəbində stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib. 16 yaş və daha kiçik yaşlı oğlan və qızların iştirak etdiyi yarış 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunub.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, iki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda qızlar arasında Aysu Rəsulzadə, Karina Eyvazova, Arzu Aslanova, oğlanlar arasında isə Nurlan Nəcəfli, Murad Koroğluyev və Ülvi Əliyev müvafiq olaraq I, II, III yerləri tutublar.
Qaliblər və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.
AZERTAG.AZ :Sumqayıtda stolüstü tennis üzrə şəhər birinciliyinin qalibləri mükafatlandırılıb