A+
A

Astana, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasında xuliqanlıq üstündə cəzasını çəkib qurtarmış Qazaxıstan vətəndaşı 42 yaşlı Afət Həsənov bu gün Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ekstradisiya olunub. O, Manqıstau vilayətində başqasının etibar etdiyi külli məbləğdə əmlakı mənimsədiyinə və israf etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunur.
Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib ki, Afət Həsənovun qaytarılması haqqında qərarı Azərbaycan Respublikasının Baş Prokurorluğu Qazaxıstan Respublikasının Baş Prokurorluğunun sorğusu əsasında fevralın 15-də qəbul edib. A.Həsənov Astana şəhərinin istintaq təcridxanasına yerləşdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
AZERTAG.AZ :Külli məbləğdə mənimsəmədə ittiham edilən şəxs Bakıdan Qazaxıstana ekstradisiya olunub