Media nümayəndələrindən formalaşmış 3 komanda (Televiziyaçılar, Qəzetçilər, Sayt əməkdaşları) və "Azəryol" rəhbərliyindən ibarət kollektiv arasında mini-turnir keçiriləcək. Turnirə Azərbaycan Voleybol Federasiyası tərəfindən də dəstək veriləcək. Yarış məhz federasiyanın zalında təşkil olunacaq və oyunları qurumun hakimləri idarə edəcək.
Görüş cari mövsüm Avropa Voleybol Konfederasiyasının Kubokunda artıq yarımfinaladək irəliləyən Azərbaycan komandasının Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə oyunu ərəfəsinə təsadüf edəcək. Jurnalistlər klubun rəhbərliyi və voleybolçuları ilə yaxından tanış olacaq, onlara Krasnodar səfəri öncəsi mənəvi dəstək verəcəklər.
Qeyd edək ki, saat 17:30-da başlayacaq.