Məhkəmə Frank Riberinin dini inancını təhqir edən "Bavariya" azarkeşi barədə hökmünü elan edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 39 yaşlı azarkeş 160 gün ərzində fransalı yarımmüdafiəçiyə 10 avro cərimə ödəməlidir. O, sosial şəbəkədə Riberinin oğlu Seyf-əl İslamın adını məsxərə etdiyinə görə bu cəzaya düçar olub.

Riberi 2006-cı ildə İslamı qəbul edərək özünə Bilal adını seçmişdi. O, Vayba adlı əlcəzairli qadınla evlidir. Bu nikahdan onların Hiziya, Şahinez, Seyf-əl İslam və Məhəmməd adlı uşaqları var.

Milli.Az