A+
A–

Masallı, 4 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Taekvondo Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında taekvondo üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı keçirilən və iki gün davam edən birincilikdə 10 çəki dərəcəsində 81 yeniyetmə və gənc qələbə uğrunda mübarizə aparıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qalib gələn idmançılara diplomlar, medallar və qiymətli hədiyyələr verilib.
AZERTAG.AZ :Masallıda taekvondo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallıda taekvondo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb