Onun sözlərinə görə, aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan insanlar təəssüf ki, məsələ öz maliyyə mənbələrinə çatanda şəffaflıq göstərmirlər: "Bir sıra partiyalar bir vərəq ağ kağız göndərirlər ki, bizim maliyyə dövriyyəmiz olmayıb. Nə gəlirimiz nə xərcimiz var. Nəzər salanda görürsən ki, qərargahında 10-larla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırılar. Çünki, hesabatları şəffaf deyil və bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər".
S.Novruzov vurğulayıb ki, qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdan ibarətdir: "Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da güclənidirməli və ya qanuna başqa maddə əlavə etməliyik ki, il ərzinə maliyyə hesabatı verməyən partiyaların yoxlanması və həmin təşkilatın ləğv edilməsi məsələsi gündəmə gətirilməlidir. Hesabatları şəffaf olmayan təşkilatlrın nələrlə məşğul olduqları məlumdur. Xarici ölkələrdən hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər".