"Bavariya"nın baş məşqçisi Pep Qvardiola yeni mövsümdən çalışdıracağı "Mançester Siti"yə özü ilə qapıçı Manuel Noyeri də aparacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az qol.az-a istinadən bildirir ki, ispaniyalı mütəxəssis Noyerin "Bavariya"da qalacağını deyib:
"Noyer qarşıdakı illərdə də "Bavariya"nın qapıçısı olacaq. Ümid edirəm ki, o, karyerasını elə burada başa vuracaq. Onu "Mançester Siti"yə aparmaq niyyətim də yoxdur", - deyə Qvardiola bildirib.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyacaq.
Milli.Az