A+
A–

Bakı, 7 mart, AZƏRTAC
Bakıda “NATO-nun Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı nümayəndəliyi və Rumıniyanın Bakıdakı səfirliyi tərəfindən birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva NATO–Azərbaycan əməkdaşlığının əhəmiyyətindən danışıb.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Elmar Hüseynov konfransın NATO–Azərbaycan əməkdaşlığının inkişaf etdiyini bildirib, konfransın əhəmiyyətindən söz açıblar.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Qaya Məmmədov “Azərbaycan-NATO əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda digər mövzularda da məruzələr dinlənilib.
AZERTAG.AZ :Bakıda “NATO-nun Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilir
Bakıda “NATO-nun Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilir
Bakıda “NATO-nun Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilir