Martın 8-də IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

Plenar iclasda çıxış edən Kanadanın keçmiş baş naziri Jan Kretyen Şuranın yaranma tarixindən, məqsəd və vəzifələrindən söhbət açıb. O, belə qurumların dünyada sülhə, sabitliyə xidmət etdiyini vurğulayıb.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin IV Qlobal Bakı Forumunda aktuallıq kəsb edən vacib məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Plenar iclas "Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq" mövzusunda sessiya ilə işini davam etdirib.

İrlandiyanın keçmiş baş naziri Berti Ahern, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo sessiyada mövzu ilə bağlı fikirlərini bildiriblər.

Milli.Az

IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçirilir - FOTO