A–
Gəncə, 9 mart, Rauf Hacıyev, AZƏRTAC
Daşkəsəndə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun sosial-ictimai həyatında fəallıq göstərən qadınlar mükafatlandırılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının sədri Rəna Aslanova və digərləri çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətdəki rolundan danışıblar, səmimi arzularını bildiriblər.
Gədəbəydə keçirilən tədbirdə isə rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlara hədiyyələr və Fəxri Fərmanlar təqdim olunub. Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov rayonun müxtəlif sahələrində çalışan qadınları təbrik edib, onlara uğurlar arzulayıb.
AZERTAG.AZ :Qərb bölgəsində sosial-ictimai həyatda fəal qadınlar mükafatlandırılıb