A+
A

Bakı, 9 mart, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev martın 10-da saat 12:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Gəncə şəhəri, Göygöl, Daşkəsən və Şəmkir rayonları sakinlərinin səhiyyə sahəsinə dair suallarını cavablandıracaq. Qəbulda, həmçinin sakinlərin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyənlər Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
AZERTAG.AZ :Səhiyyə naziri Göygöldə vətəndaşların suallarını cavablandıracaq