A+
A

Bakı, 9 mart, AZƏRTAC
2016-cı ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə gəmilərlə daşınan yük avtomobillərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 7,3 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının www.transit.az portalının təqdimatında bildirilib.
Qeyd olunub ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili dəhlizdən istifadə etdiyi halda, 2016-cı ilin analoji dövründə avtomobillərin sayı 7,3 dəfə artaraq 1582 olub.
AZERTAG.AZ :Bakı-Aktau-Bakı istiqaməti üzrə yük avtomobillərinin sayı 7,3 dəfə artıb