Frank Riberi karyerasını "Bavariya"da davam etdirmək niyyətindədir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi bir neçə gün öncə Çindən əlverişli maliyyə şərtləri olan təklif alsa da, Münhen klubunda qalmağı üstün tutub.
"Rummenige və Hönesslə yeni müqavilə barədə bir az müzakirə aparmışam. Müqaviləmi məmnuniyyətlə 1-2 il müddətinə uzadardım. Münhendə xoşbəxtəm. Burada qalmaq ailəm üçün də məqsədəuyğundur. Daha çox pul qazanmaq istəsəydim, Çinə gedərdim. Oradan bir təklif almışdım. Amma mənə maraqlı deyil. "Bavariya" ilə titullar qazanmaq istəyirəm".
Riberinin "Bayern Münxen"lə hazırki müqaviləsi 2017-ci ildə başa çatacaq. O, mövsümün ilk yarısında zədə səbəbindən meydana çox çıxa bilməmişdi.
Milli.Az