A–
Bakı, 11 mart, AZƏRTAC
Martın 26-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, dörd nəfərlik məşqçilər şurası Antalyada keçiriləcək matça 23 futbolçu çağırıb. Qazaxıstan millisinin ehtiyat oyunçular siyahısına isə 5 futbolçunun adı daxil edilib.
Qeyd edək ki, rəqibimiz oyunun hazırlığına martın 21-də başlayacaq. Qazaxıstan yığması martın 26-da Azərbaycan, üç gün sonra isə Gürcüstanla yoldaşlıq görüşü keçirəcək.
AZERTAG.AZ :Millimizlə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb