“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılan, iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını, müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim olunmalıdır. Fond investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək.
Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarda və ya çap şəklində Azpromo-ya təqdim edə bilərlər.