Bakı, 18 fevral, K.Əliyeva, T.Ağayeva, AzərTAc
Fevralın 18-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ictimai xadimlər və KİV-lərin təmsilçiləri iştirak edirlər.
İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə ictimaiyyətin məlumatlandırılmasıdır.
Digər çıxış edənlər də konfransın aktual mövzuya həsr olunduğunu, erməni saxtakarlığının ifşasında belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.