"Fənərbağça"nın yarımmüdafiəçisi Mehmet Topal Avropada ən yaxşı oyunçu seçilib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Türkiyə yığmasının futbolçusu UEFA tərəfindən seçilib.
O, qitənin ali futbol qurumunun saytında keçirilən səsvermedə azarkeşlərdən 94 faiz səs toplayıb. Məlumatda bildirilir ki, M.Topalın "Fənərbağça"nın "Braqa" ilə qarşılaşmada qol vurması komandaya böyük kömək edib. Əlavə olunub ki, yarımmüdafiəçi "Lokomotiv Moskva" qarşılaşmasında da çox vacib qol vurub. Onun Rusiya təmsilçisinə vurduğu qol komandasının növbəti mərhələyə adlamasına kömək edib. UEFA-nın rəsmi saytında Avropa Liqasının 1/8 finalının mərhələsinin ilk oyunlarının rəmzi komandası da elan olunub.
.jpg)
Bir neçə gün əvvəl Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Portuqaliyanın güclü komandası "Braqa" İstanbulda qonaq olub. Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşıdurma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Mehmet Topal ikinci hissənin sonuna 7 dəqiqə qalmış baxımlı qol vurub. O, meydanın mərkəzindən topla bir neçə rəqibi keçərək dəqiq zərbə vurub.
"Fənərbağça" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 1:0
Qol: Mehmet Topal, 83
.jpg)
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az