İtaliyanın "Yuventus" futbol klubu futbol üzrə İtaliya çempionatında - "A Seriyası"nda yeni rekord müəyyənləşdirib.

AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, "Qoca sinyora" ötən gün "A Seriyası"nda "Sassuola"nı 1:0 hesabı ilə məğlub edərək qapısından top buraxmadığı oyunların sayını ona çatdırıb. "Yuventus"un qolkiperi Canluici Buffon qapısını 926 dəqiqə ərzində toxunulmaz saxlaya bilib.

Milli.Az