A+
A–

Bakı, 14 mart, Ramiz Quliyev, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) Böyük Britaniya üzrə 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatında dolaşıqlıq yaradan vergi xərclərini qaydaya salmaq, vergi rejiminin səmərəliliyini artırmaq, vergi neytrallığını gücləndirmək, infrastruktura çəkilən xərclər də daxil olmaqla gəlirləri vergidən azad etmək tövsiyə edilib.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, hesabatda əmlak vergisində islahat aparılmasının mənzil çatışmazlığı problemini asanlaşdıra biləcəyi qeyd olunub. Fond əmlak alğı-satqısına vergi yükünü azaltmaqla yanaşı, əmlakın qiymətinə əsaslanan yığımların artırılmasını da tövsiyə edib.
Tövsiyələr arasında tək yaşayan sakinlərə məxsus əmlaka vergi güzəştinin ləğv edilməsi də var.
BVF-nin hesabatında göstərilib ki, borclara münasibətdə vergi yığımındakı fərqin azaldılması maliyyə sabitliyinə şərait yarada bilər.

AZERTAG.AZ :Böyük Britaniyaya əmlak vergisi üzrə islahat aparılması tövsiyə edilib