İlqar həyat yoldaşını özündən çıxartdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki,"Gün üzü" verilişinin aparıcısı İlqar Mikayıloğlu kişi və qadın münasibətlərindən danışıb.
"Kişilər qadınlara baş qoşmağa qorxurlar. Çünki qadınlar qeyri-müəyyən olurlar. Onların növbəti addımını bilmək olmur. Qadınlardan çox şey gözləmək olur. İndi qadınlar kişilərin boğazından yapışaraq deyir ki, get "milli manatı" dollar elə. Bu da valyutanın aşağı düşməsindən irəli gəlir".
İlqarın xanımlarla bağlı dediyi ifadə isə onun həyat yoldaşını özündən çıxardıb. O,canlı efirdə ərinə belə cavab verib.
"Sən bunu hansı qadının evində görmüsən? Bunları harada eşitmisən? Mən onların ailəsi haqqında heç nə deyə bilmərəm. Kişilər qadınlardan qorxurlar. Sən bunu öz sözlərinlə sübut elədin. Əziz tamaşaçılar, qarşımdakı kişi qadınlardan qorxur".

Milli.Az