L.Leşçenkonun sözlərinə görə, bu prosesdə kredit götürən də mütləq qaydada məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir: "Çünki məzənnənin uzun müddət sabit olmasının yaratdığı əminliyə baxmayaraq, vətəndaşlar uzunmüddətli gəlir profillərinə diqqətlə yanaşmalı və mümkün riskləri nəzərə almalı idilər".
"Banklara gəldikdə isə, onlar son illərdə yüksək faiz dərəcələrindən faydalanıb və indi də öz müştərilərinə güzəşt etməyi nəzərdən keçirə bilərlər", - deyən Bank rəsmisi qeyd edib.
Dövlətin də dollar krediti sahiblərinə yardım etməsinin zəruriliyi Dünya Bankının Bakı ofisinin rəhbəri tərəfindən xüsusi vurğulanıb.