A–
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 993 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 608 min 420 manatdan çoxdur.
AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.
AZERTAG.AZ :İpoteka Fondunun agent bankları indiyədək 17 min 993 ipoteka krediti verib