"Yuventus"un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı qolkiper buna Çempionlar Liqasında 1/8 finalın "Bavariya" ilə cavab matçında nail olub.

Münhendə baş tutan görüşdə 120 dəqiqə meydanda olan italiyalı qolkiper "Yuventus"un Çempionlar Liqasında ən çox oynayan futbolçusu adını qazanıb. Turnirdə 90-cı matçına çıxan Buffon klubun canlı əfsanəsi Aleksandro del Pyeronun rekordunu yeniləyib.

Qeyd edək ki, "Yuventus" səfərdə "Bavariya"ya 2:4 hesabı ilə uduzmaqla turnirdə mübarizəni dayandırıb.

Milli.Az