Mərhum müğənni Kayahanın ölümündən sonra həyat yoldaşı İpək Açarla, digər evliliyindən olan qızı Bəstə arasında qalmaqal yenidən şiddətlənib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mərhum müğənninin qızı atasının ondan mülkini gizlətdiyini iddia edərək, Kayahanın Acerkentdəki evindən ona pay düşməsini istəyib. O, İpək Açarın adına rəsmiləşdirilən bu evlə bağlı xüsusi dava açıb. Həmin evin mülk kağızının ləğv edilməsini tələb edir.

Qeyd edək ki, atasının sərvətinin siyahıya alınması üçün bir müddət öncə məhkəməyə müraciət edən Bəstə onun xanımı haqda sərt sözlər demişdi.

İpək Açarın vəkili isə bildirib ki, mülkiyyət sənədləri miras qanunvericiliyinə əsasən hazırlanıb və bu iddialar əsassızdır.

Müğənninin miras davası böyüyür - Qızı və həyat yoldaşı üz-üzə
Müğənninin miras davası böyüyür - Qızı və həyat yoldaşı üz-üzə