Milli QHT Forumunun Prezidenti Rauf Zeyni maliyyə-bank təmayüllü jurnalın və saytın həm Azərbaycan mətbuatı, həm bank sektoru, həm də QHT sahəsində yeni bir təşəbbüs olduğunu deyib, jurnalın və saytın əhəmiyyətindən danışıb. “Banking Baku” jurnalının baş redaktoru Aysel Quliyeva təsis etdikləri jurnalın və saytın əsas məramını açıqlayaraq bildirib ki, post-neft iqtisadiyyatı dövründə bankların sosial məsuliyyətinin artırılması, vətəndaş-bank münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, yerli sahibkarların və xarici investorların bank-maliyyə savadlılığının artırılması, bu sahədə operativ məlumatların oxuculara çatdırılması üçün belə bir informasiya orqanının yaradılmasına zərurət var. O, jurnalın üç dildə - Azərbaycan, rus, və inglis dillərində nəşr edilməsini həm daxili auditoriyaya, həm də xarici iş adamlarına informasiya dəstəyi kimi qiymətləndirib.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Banklar Assosasiyasının Rəyasət Heyətinin üzvü Elçin İsayev, millət vəkilləri – Şəmsəddin Hacıyev, Əflatun Amaşov, Azay Quliyev, və İlham Məmmədov çıxış edərək, jurnal və sayt haqqında öz fikirlərini bölüşüblər.

