"Report" İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Treninqdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib.
Burada dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.