"Yuventus" baş məşqçi Massimliano Alleqri ilə müqaviləsini növbəti həftə yeniləməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə yeni müqavilə 2018-ci ilə qədər nəzərdə tutulub. Tərəflər bunu daha bir mövsüm uzada bilər. Alleqrinin Turin klubunda alacağı məvacib 3.5 milyondan 5 milyon avroya yüksəlib. Mənbə, həmçinin Canluici Buffonla da 2 illik yeni anlaşma imzalanacağını bildirib.

Alleqrinin rəhbərliyi altında "qoca senyoa" ötən mövsüm İtaliyada mümkün bütün titullara sahib çıxıb.

Milli.Az