A+
A–

Moskva, 19 mart, AZƏRTAC
Rostov-Donda “Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş bütün əcnəbi sərnişinlərin vətəndaşlığı müəyyən olunub. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rostov vilayətinin İnformasiya Siyasəti İdarəsinin əməkdaşı Aleksandr Titov məlumat verib.
Rostov-Donda qəzaya uğrayan “Boeing” təyyarəsinin bortunda 16 xarici vətəndaş olub.
Təyyarədə uçan sərnişinlərin pasport məlumatları əsasında dəqiqləşdirilmiş informasiyaya görə, onun içərisində 16 xarici ölkə vətəndaşı, o cümlədən Ukraynadan 7 nəfər, İspaniya və Hindistanın hər birindən 2 nəfər, Kipr, Özbəkistan, Kolumbiya və Seyşel adalarının hər birindən 1 nəfər olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Rostov-Donda “Boeing” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan bütün əcnəbilərin vətəndaşlığı müəyyən edilib