A–
Şəmkir, 20 mart, AZƏRTAC
Şəmkirdə keçirilən Novruz şənlikləri iştirakçılarını ulu Dədə Qorqud və Bahar qız qarşılayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahişinin də qatıldığı el şənliyində iştirakçılar Novruz adət-ənənələri ilə yaxından tanış olublar. Ən qədim bayramlarımızdan olan Novruzun xalqımızın milli mənəvi, əxlaqi dəyərlərini, məişətini və mətbəxini özündə əks etdirdiyi əyani şəkildə nümayiş olunub.
Tədbirdə vurğulanıb ki, Novruz Dünya azərbaycanlıları tərəfindən böyük sevinc və coşqu ilə qeyd edilir. Dövlət səviyyəsində keçirilən bu bayram torpağın oyanması, təbiətin canlanması, həmrəylik və birlik rəmzi kimi səciyyələnir.
Novruzun ayrılmaz atributları Keçəllə Kosanın şən zarafatları, idmançıların, musiqi kollektivlərinin çıxışları mərasim iştirakçılarına xoş ovqat bəhs edib.
AZERTAG.AZ :Şəmkirdə keçirilən Novruz şənliyində Yaponiya səfiri də iştirak edib



