"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib. Onun sözlərinə görə, bu qənaət mütəxəssis rəyinə əsaslanır.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu "Boeing 777" təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların uzun müddət davam davam etməsinə baxmayaraq, təyyarənin izini tapmaq mümkün olmamışdı.