A–
Tokio, 24 mart, AZƏRTAC
Yaponiyanın mərkəzi hökuməti və Okinava prefekturasının rəhbərliyi ABŞ hərbi bazasının həmin prefekturanın daxilindən köçürülməsi məsələsində razılığa gələ bilmirlər.
Martın əvvəllərində tərəflər ABŞ-ın Futemmadakı dəniz piyadaları korpusuna məxsus aviabazanın Naqo şəhərinin Henoko rayonuna köçürülməsi ilə bağlı məhkəmə çəkişməsini dayandırmaq barədə razılığa gəlmişdilər.
Martın 23-də Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa və Okinava prefekturasının qubernatoru Takeşi Onaqa problemin sülh yolu ilə həlli məqsədilə Tokioda görüşüblər.
T.Onaqa mərkəzi hökuməti kompromis yol tapmağa, problemin həlli üçün yeganə variantın bazanın Henokoya köçürülməsi olduğu barədə fikrindən daşınmağa çağırıb.
Lakin Y.Suqa təkidlə bildirib ki, bazanın köçürülməsi Futemmanın gələcəkdə hərbi məqsədlər üçün istifadəsinin dayandırılmasının yeganə yoludur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya hökuməti ilə Okinava prefekturasının rəhbərliyi razılığa gələ bilmir