A+
A

Bakı, 26 mart, Flora Şükürova, AZƏRTAC
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya Vətənimizi yaxından tanımaq üçün çox gözəl bir fürsətdir. Prezidentimizin yaratdığı bu imkan sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyır, həmçinin yeni dostlar qazanırıq.
Bu fikirləri tur-aksiyada iştirak edən naxçıvanlı məktəbli Pəri İsmayılova AZƏRTAC-a müsahibəsində bildirib. O deyib ki, şagirdlər bu tur-aksiyada iştirak edərək həm dünyagörüşlərini, biliklərini artırır, həm də istirahətlərini mənalı keçirir, müxtəlif intellektual oyunlarda iştirak edirlər.
P.İsmayılova Bakıya səyahətin naxçıvanlı şagirdlərin həyatında unudulmaz xatirəyə çevriləcəyini bildirib.
AZERTAG.AZ :Naxçıvanlı məktəbli: Maarifləndirici tur-aksiya Vətənimizi yaxından tanımaq üçün çox gözəl bir fürsətdir