ABŞ-ın "JetBlue" aviaşirkətinə məxsus "Embraer ERJ-190" sərnişin təyyarəsi Baham adalarında qəza enişi edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, eniş zamanı təyyarənin şassisi açılmayıb.
Təkərləri açılmayan təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb. Yanğınsöndürənlər qısa müddətdə yanğının qarşını alıblar.
Göyərtəsində 95 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarənin Vaşinqton - Nassau marşrutu üzrə uçduğu bildirilir.
İnsident nəticəsində xəsarət olan olmayıb.
Milli.Az