Mənə verilən rəsmi məlumat ondan ibarətdi ki, futbolçularda infeksiya olub.

Apasport.az-ın məlumatına görə, bu sözləri Rusiyanın idman naziri və futbol ittifaqının prezidenti Vitali Mutko deyib.

O, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Rusiya - Azərbaycan oyununda 6 futbolçunun heyətdən kənar düşməsinə münasibət bildirib. Mutko futbolçuların dopinqdən istifadə etdiyi və bu matçda "ilişmək"dən sığortalanması ilə bağlı xəbərləri təkzib edib: "Komandanın həkimindən soruşdum. O da infeksiya xəstəliyini əsas gətirdi. Niyə özümüz özümüzü ittiham edirik? Rostovdakı qarşılaşmada dopinq yoxlaması da yox idi. Bu üzdən rəsmi məlumatlara əsaslanaq".

Qeyd edək ki, oyundan bir gün əvvəl məşqdə iştirak edən Aleksey Mirançuk, Aleksandr Selixov, Kamil Mullin, Aleksandr Kleşenko, Aleksey Qasilin və Artyim Timofeyev matçda iştirak etməyiblər. Onların son anda heyətdən kənar düşməsi isə şayiələrə səbəb olub. Bu oyunçuların yeni qadağan olunan meldonidən istifadə etdiyi, bu üzdən matça buraxılmadıqları iddiası ortaya atılıb.

Milli.Az